Donbasda Ukraynanın polkovniki öldürüldü
Tarix: 21-05-2020 11:25 | Bölmə: Dünya
Donbasda Ukraynanın polkovniki öldürüldü

Ukraynanın Donbas bölgəsinin Luqansk vilayətində döyüş tapşırığını yerinə yetirərkən polis patrul xidmətinin xüsusi təyinatlı “Luqansk-1” taborunun komandiri, polkovnik Sergey Qubanov həlak olub.

Bunu Luqansk Vilayət Polisi açıqlayıb.

Məlumata görə, S.Qubanovla birgə hərəkət edən 3 silahdaşı qəlpə yarası alıblar.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Qeyd edək ki, daha öncə separatçı “Luqansk Xalq Respublikası”nın başçısı Leonid Paseçnik Ukraynanı yeni hücumla təhdid etmişdi.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər