Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 100 mini ötüb
Tarix: 21-05-2020 11:56 | Bölmə: Dünya
Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 100 mini ötüb

Dünyada koronavirusa yoluxan 2 033 330 nəfər sağalıb, 329 895 nəfər isə virusdan ölüb.

İndiyədək 5 100 895 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 551 853), Rusiya (317 554) və Braziliyada (293 357) qeydə alınıb.

Qeyd edək ki, mayın 21-nə olan məlumata görə, Azərbaycanda indiyədək 3 631 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 2 253 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 43 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 152 587 nəfər yoluxub, 4 222 nəfər ölüb. İranda isə 126 949 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 183 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 721-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 5 606 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 581 nəfər sağalsa da, 70 nəfər ölüb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}