Almaniya altı ölkə ilə sərhəd nəzarətini ləğv edir​​​​​​​
Tarix: 10-06-2020 15:45 | Bölmə: Dünya
Almaniya altı ölkə ilə sərhəd nəzarətini ləğv edir​​​​​​​

Almaniya iyunun 15-dən etibarən qonşu dövlətlərlə sərbəst gediş-gəlişi bərpa edəcək.

Bu barədə Almaniyanın Daxili İşlər naziri Horst Zeehofer bildirib.

Onun sözlərinə görə, qonşu dövlətlər - Avstriya, İsveçrə, Fransa, İtaliya və Danimarka ilə əlaqə iyunun 15-dən tam bərpa olunacaq, başqa sözlə, sərhəd nəzarəti ləğv ediləcək. İspaniya ilə əlaqələr isə iyunun 21-dən bərpa ediləcək.

Nazir qeyd edib ki, bununla Aİ daxilində koronavirus pandemiyası səbəbi ilə məhdudlaşan hərəkət azadlığı bərpa ediləcək, ancaq vəziyyət yenidən pisləşərsə, nə edəcəyimizlə bağlı razılığımız var/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər