Gürcüstanda koronavirusa yoluxanların sayı 828 nəfərə çatıb
Tarix: 11-06-2020 10:24 | Bölmə: Dünya
Gürcüstanda koronavirusa yoluxanların sayı 828 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 1 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 828 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 3230 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xəstəliyə yoluxanlardan 694 nəfər sağalıb, 13 nəfər isə vəfat edib/APA.




Bölməyə aid digər xəbərlər