Əsəd Baş Naziri vəzifəsindən azad edib - Yeni təyinat
Tarix: 11-06-2020 17:55 | Bölmə: Dünya
Əsəd Baş Naziri vəzifəsindən azad edib - Yeni təyinat

Suriya Prezidenti Bəşər Əsəd Baş Nazir İmad Məhəmməd Xamisi vəzifəsindən azad edib.

“Al Arabiya” xəbər verir ki, bununla bağlı Suriya Prezidenti müvafiq sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Hüseyn Arnous ölkənin yeni Baş Naziri təyin olunub.

Dövlət mediası bu qəfil qərarın səbəbini açıqlamayıb.

Qeyd edək ki, İmad Məhəmməd Xamis 2016-cı ildən Baş Nazir postunu tutub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər