Avropa İttifaqı Donald Trampın qərarından narahatdır
Tarix: 11-06-2020 20:50 | Bölmə: Dünya
Avropa İttifaqı Donald Trampın qərarından narahatdır

Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Tramp tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) bu ölkənin hərbçiləri və başqa dövlət qulluqçularına dair apardığı təhqiqatlarda iştirak edən şəxslərə qarşı sanksiya tətbiq etmək barədə imzalanmış fərmanı araşdırmalıdır.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borell mətbuat konfransı zamanı bildirib.

“Cavabım təmkinli olacaq. Bu qərarın bütün xüsusiyyətlərinə bələd deyiləm. Hər halda bu məsələ narahatlıq doğurur”, - deyən diplomat bəşəriyyətə qarşı ən ağır cinayətləri araşdıran İCC-ni dəstəklədiklərini də dilə gətirib.

Bundan əvvəl Ağ Ev İCC-ni Rusiyanın da təsirinə düşərək qərəzli mövqe və korrupsiyada qınayaraq ABŞ hərbçilərinə və başqa dövlət qulluqçularına dair təhqiqatlarında iştirak edən şəxslərə qarşı sanksiya tətbiq etmək barədə prezident D.Tramp tərəfindən fərman imzalandığını açıqlamışdı/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər