General hərbi cinayətdə ittiham olunur
Tarix: 13-06-2020 15:56 | Bölmə: Dünya
 General hərbi cinayətdə ittiham olunur

ABŞ məhkəmələrindən biri 2 liviyalı ailənin qondarma Milli Ordunun üzvlərinə və əmlaklarına qarşı törətdikləri cinayətlərin araşdırılması tələbini qəbul edib.

Reyting.az
“New York Times”-a istinadla xəbər verir ki, Virciniya ştatında federal məhkəmə Liviya Milli Ordusunun komandiri Xəlifə Haftarı cavabdeh qismində prosesə çağırmalıdır.

Zərərçəkmiş Mani Suid və Abdullah əl-Kurşininin ifadələri artıq dinlənilib. Haftar və vəkilləri iclasda iştirak etməyiblər.

“New York Times” yazıb ki, general Haftar 2014-2017-ci illər arasında Virciniyada 8 milyon dollar dəyərində əmlak alıb və ABŞ vətəndaşı olduğu üçün əyalət məhkəməsi ona qarşı iddianı qəbul edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər