Afrikada koronavirusa yoluxanların sayı 240 mini keçib
Tarix: 15-06-2020 15:24 | Bölmə: Dünya
Afrikada koronavirusa yoluxanların sayı 240 mini keçib

Afrikada koronavirusa yoluxma faktlarının sayı 240 295-ə yüksəlib.

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının bölgə üzrə nümayəndəliyi yayıb.

Məlumata görə, qitədə COVID-19-dan ölənlərin sayı 6 412 nəfərə çatıb.

Bildirilib ki, virusun Afrikada ortaya çıxmasından bəri 110 mindən çox pasiyent sağalıb.

Qara qitədə ən çox yoluxma faktları CAR (70 038), Misir (42 980) və Nigeriyada (16 085) aşkarlanıb. Ən çox ölüm halları isə Misir (1 484), CAR (1 480) və Əlcəzairdə (767) qeydə alınıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}