17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Merkel: "Pandemiyanın səbəb olduğu iqtisadi geriləmə Avropanın tarixdə üzləşdiyi ən böyük çətinlikdir"
Tarix: 18-06-2020 13:40 | Bölmə: Dünya
Merkel: "Pandemiyanın səbəb olduğu iqtisadi geriləmə Avropanın tarixdə üzləşdiyi ən böyük çətinlikdir"

“Bunu açıq şəkildə bildirək ki, pandemiya və onun səbəb olduğu iqtisadi geriləmə Avropanın tarixdə üzləşdiyi ən böyük çətinlikdir”.

Bunu Almaniya kansleri Angela Merkel ölkə parlamentində çıxışı zamanı deyib.

“Pandemiya göstərdi ki, Avropa layihəsi hələ nə qədər kövrəkdir. Avropa özünün kövrəkliyini büruzə verdi. Birlik və həmrəylik indiki kimi heç vaxt əhəmiyyətli olmayıb”, - deyə A. Merkel bildirib.

Almaniya kanslerinin sözlərinə görə, COVID-19 pandemiyasının təsiri Avropanın qlobal miqyasda üzərinə daha çox məsuliyyət götürməsinin vacibliyini göstərib.

A. Merkel vurğulayıb ki, hazırda yanlış məlumatların yayılması da Avropa üçün qlobal problemdir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}