Putinin yanında əyləşəcək veteranlar karantinə yerləşdirilib
Tarix: 18-06-2020 17:05 | Bölmə: Dünya
Putinin yanında əyləşəcək veteranlar karantinə yerləşdirilib

Rusiyanın paytaxtı Moskvada Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edəcək İkinci Dünya müharibəsinin 80-ə yaxın veteranı karantinə yerləşdirilib.

Bunu “Bloomberg” nəşri yazıb.

Veteranların karantinə yerləşdirilməsinə səbəb onların iyunun 24-də keçiriləcək Qələbə paradında Rusiya prezidenti Vladimir Putinlə birgə tribunada əyləşəcəkləridir. Hökumət veteranların koronavirusa yoluxacaqlarından və dövlət başçısını da yoluxduracaqlarından ehtiyat edir.

Veteranlar Moskvadan kənarda yerləşən bir kurortda təcrid olunublar/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}