Rusiya səfiri Ermənistan müxalifətinin təmsilçiləri ilə görüşüb
Tarix: 18-06-2020 20:33 | Bölmə: Dünya
Rusiya səfiri Ermənistan müxalifətinin təmsilçiləri ilə görüşüb

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Çiçəklənən Ermənistan Partiyasının deputatları ilə görüşüb.

Bu barədə səfirliyin “Facebook” səhifəsində bildirilib.

Məlumata görə, Rusiya səfiri Ermənistan parlamenti sədrinin Çiçəklənən Ermənistan Partiyasından olan müavini Vaqe Enfiacanyan və Avrasiyaya inteqrasiya və regional məsələlər üzrə daimi komissiyanın bu partiyadan olan sədr müavini Mikael Melkumyanla görüşüb.

“Görüşdə Rusiya-Ermənistan parlamentlərarası əlaqələrin inkişafı, koronavirusa qarşı mübarizədə Rusiyanın Ermənistana yardımı, ümumi inteqrasiya çərçivəsində ikitərəfli formatın Ermənistana təsiri məsələləri müzakirə olunub.

Parlament üzvləri Ermənistandakı daxili siyasətin bəzi detalları ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, müxalifət olan Çiçəklənən Ermənistan Partiyası milyonçu deputat Qaqik Sarukyanındır. O, iyunun 16-da deputat toxunulmazlığından məhrum edilib.

Report




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}