11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Fransada koronavirus: yoluxanların sayı 103,6 mini keçib
Tarix: 18-06-2020 23:57 | Bölmə: Dünya
Fransada koronavirus: yoluxanların sayı 103,6 mini keçib

"Epidemiyanın başlanğıcından Fransada koronavirusa yoluxmuş 103 654 nəfər xəstəxanaya yerləşdirilib”.

Bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, onlardan 18 260 nəfəri xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib. Ölkədə virusa yoluxmuş 73 887 insan sağalaraq evə buraxılıb. Epidemiyanın başlanğıcından Qərbi Avropa ölkəsində 29 603 insan təhlükəli virusdan ölüb. Onlardan 19 146-sı tibb müəssisələrində vəfat edib.

Hazırda xəstəxanalarda koronavirusa yoluxmuş 10 125 nəfər müalicə edilir. Son bir gündə daha 136 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, koronavirus testi müsbət çıxmış 752 nəfər reanimasiya şöbələrində müalicə edilirlər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}