21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Türkiyənin bir bölgəsinə giriş-çıxışlar qadağan olunub
Tarix: 24-06-2020 09:50 | Bölmə: Dünya
Türkiyənin bir bölgəsinə giriş-çıxışlar qadağan olunub

Türkiyənin Karabük vilayətinin ən böyük yaşayış yeri olan Cumayanı bölgəsi pandemiya dövrü ərzində ikinci dəfə karantinə alınıb.

COVID-19-a yoluxma hallarının yenidən artması səbəbindən bölgəyə giriş-çıxışlar qadağan olunub.

Ümumi əhali sayı beş min nəfər olan bölgədə mindən çox yoluxma faktı qeydə alınıb. Ölkədə yumşalma tədbirlərinin başladığı son bir ay ərzində bu bölgədə COVID-19-a yoluxanların sayının dəfələrlə artdığı müşahidə olunub.

Xatırladaq ki, bu həftəsonu Türkiyə ərazisində növbəti dəfə komendant saatının elan ediləcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər