İtaliya COVID-19-a yoluxma sayına görə ilk onluğu tərk edib
Tarix: 07-07-2020 15:17 | Bölmə: Dünya
İtaliya COVID-19-a yoluxma sayına görə ilk onluğu tərk edib

İtaliya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayına görə ilk onluğu tərk edib, onun yerini isə İran tutub.


Bu barədə TASS məlumat yayıb.

Koronavirusa yoluxma sayına görə ilk onluqda Avropa ölkələrindən ancaq Böyük Britaniya (7-ci yer) və İspaniya (9-cu yer) yer alıblar.

İlk sırada ABŞ qərarlaşıb. ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşmaqdadır, xəstəlikdən ölənlərin sayı isə 130 mindən çoxdur.

Üçüncü yerdə olan Hindsitanda indiyədək COVID-19-a 700 mindən çox yoluxma qeydə alınıb, 20 min nəfər vəfat edib.

Ümumilikdə isə dünyada virusa yoluxanların sayı 11,6 milyonu ötüb, 538 minə yaxın insan pandemiyanın qurbanı olub/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}