21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
ÜST: Bubonik vəbası təhlükəli deyil
Tarix: 07-07-2020 15:56 | Bölmə: Dünya
ÜST: Bubonik vəbası təhlükəli deyil

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin və Monqolustan ərazisində qeydə alınan bubonik vəbasına yoluxma hallarını təhlükəli hesab etməməklə yanaşı, vəziyyəti diqqətlə izləyir.

Bu barədə təşkilatın sözçüsü Marqaret Harris bildirib.

Xatırladaq ki, son günlər Monqolustanın qərbindəki Xovd aymağında dağ siçanı ətindən yedikdən sonra üç nəfər, qonşu Çinin İçəri Monqolustan muxtar bölgəsinin Bayannur şəhərində də bir nəfər bubonik vəbasına yoluxmuşdu. Bununla bağlı Bayannurda bazar günündən ilin sonunadək 3 səviyyəli təhlükə elan edilib.

May ayında Monqolustanda ər-arvad adətə görə cansağlığı üçün dağ siçanı ətindən yeyəndən sonra bubonik vəbasından dünyasını dəyişmişdilər. 1911-ci ildə Çinin şimal-qərb bölgələrində 63 min nəfərin öldüyü vəba pnevmoniyasının dağ siçanından yayıldığı güman edilir.

Orta əsrlərdə təkcə Avropada 50 milyon insanın həyatına son qoymuş bubonik vəbası vaxtilə ən təhlükəli xəstəliklərdən sayılsa da, müasir dövrdə tez aşkarlandığı təqdirdə antibiotiklər vasitəsilə müalicə oluna bilir. Vəbanın üç formasından biri olan bubonik vəbası ağrılar, limf düyümlərinin şişməsi, qızdırma, üşümə, öskürmə kimi əlamətlərlə özünü göstərir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər