Çin ABŞ rəsmilərinə sanksiya tətbiq edəcək
Tarix: 13-07-2020 15:08 | Bölmə: Dünya
Çin ABŞ rəsmilərinə sanksiya tətbiq edəcək

Çin bəzi ABŞ rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəyini elan edib.

"Bloomberg" xəbər verir ki, Pekindəki gündəlik mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying, senatorlar Marko Rubio və Ted Cruz və Nümayəndələr Palatasının üzvləri Chris Smith və Sam Brownback-ə qarşı sanksiya tətbiq edəcəklərini açıqlayıb.

Pekinin Sincan bölgəsindəki etnik azlıqlarla rəftarına görə Çinin cəzalandırılmasına yönəlmiş Vaşinqtonun sanksiyalarına qarşı qisas almaq qərarı əsasən simvolikdir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying, ABŞ-ın dörd rəsmisinə qarşı sanksiyaların bazar ertəsi başlayacağını deyib. Mövzu ilə bağlı təfərrüatlar açlanmayıb.

Ötən həftənin ortalarında ABŞ, Sincan bölgəsində insan haqlarının pozulduğuna görə Çin Kommunist Partiyasından bir yüksək vəzifəli şəxsə və digər üç vəzifəli şəxsə sanksiya tətbiq etməyə qərar verib.(Fins.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər