21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İran XİN başçısı Moskvaya gedəcək
Tarix: 20-07-2020 15:10 | Bölmə: Dünya
İran XİN başçısı Moskvaya gedəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 21-də Moskvaya səfər edəcək.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, o, səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Səfər çərçivəsində regional və beynəlxalq məsələlərin, habelə ikitərəfli münasibətlərə dair mövzuların müzakirəsi gözlənilir.

Qeyd edək ki, iyulun 19-da M.C.Zərif İraqın paytaxtı Bağdadda səfərdə olub, orada ölkə rəsmiləri ilə görüşüb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər