21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İsrail qırıcıları İranın nəzarətindəki obyektləri bombalayıb
Tarix: 21-07-2020 11:37 | Bölmə: Dünya
İsrail qırıcıları İranın nəzarətindəki obyektləri bombalayıb

İsrail Suriyanın paytaxtı Dəməşq yaxınlığına hava zərbələri endirib. Qərb ölkələrinin kəşfiyyat orqanları bildirir ki, hava zərbələri zamanı İranın istifadə etdiyi anbarlar hədəf seçilib.

Reyting.az
xəbər verir ki, Suriya dövlət televiziyası İsrailin hava zərbələrinin Dəməşq üzərindəki müdafiə sistemləri tərəfindən durdurulduğunu bildirərək partlayışları canlı yayımda göstərib.

Qeyd olunur ki, Bəşər Əsədin ordusu Dəməşqin cənubundan buraxılan raketləri hədəfə çatmadan vurub. Bu zaman yalnız maddi zərərin dəydiyi bildirilir.

“Röyter” agentliyi Qərbin kəşfiyyat qaynaqlarına əsaslanaraq qeyd edib ki, bu, İsrailin son aylar başlatdığı hava zərbələrinin davamıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər