Ukraynada avtobusda 20 nəfəri girov götürən şəxs şok tələb irəli sürüb
Tarix: 21-07-2020 15:24 | Bölmə: Dünya
Ukraynada avtobusda 20 nəfəri girov götürən şəxs şok tələb irəli sürüb

Ukraynanın Lutsk şəhərində naməlum şəxs avtobusda 20 nəfər sərnişini girov götürüb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, partlayıcı və tapança ilə silahlanan şəxs şəhərdəki məkanların birinə partlayıcı maddə yerləşdirdiyini bildirib.

O tələb edir ki, dövlət qurumları - məhkəmələr, nazirliklər, prokurorluq, parlament və kilsələrin rəhbərlikləri terrorçu olduqlarını video formatda etiraf etsinlər və həmin çarxı “Youtube”da yerləşdirsinlər.

Qeyd edək ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin mərkəzi küçələri bağlanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}