21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Fransa polisi Ermənistan bayrağının açılmasına imkan verməyib
Tarix: 22-07-2020 16:55 | Bölmə: Dünya
Fransa polisi Ermənistan bayrağının açılmasına imkan verməyib

Fransada yaşayan azərbaycanlılar Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər.

Məlumata görə, soydaşlarımız Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etirazlarını bildirirlər.

Fransada yaşayan ermənilər azərbaycanlılar aksiyanın baş tutmamasına çalışsalar da, ancaq onları təxribat cəhdinin qarşısı alınıb. Paris polisi Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin bayrağının dalğalandırılmasına imkan verməyib.

Aksiyaya qatılmaq üçün Fransanın müxtəlif şəhərlərindən çoxlu sayda soydaşımız paytaxta axışıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın ruhunu birdəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan dövlət himnini ifa ediblər

Daha sonra Fransa ictimaiyyəti Ermənistanın təxribatçı əməlləri haqqında məlumatlandırılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər