Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib
Tarix: 22-07-2020 17:25 | Bölmə: Dünya
Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan parlamentinin binası qarşısında ali məktəblərə daxil ola bilməyən abituriyentlər və valideynləri etiraz aksiyası keçiriblər.

Məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçılarının etirazına səbəb abituriyentlərin qəbul imtahanında yüksək bal qazanmalarına baxmayaraq, birinci və ikinci ərizə ilə ali məktəbə daxil ola bilməmələri göstərilib. Etirazçılar bildiriblər ki, ali məktəbə onlardan daha az bal toplayanlar daxil olub.

Valideynlərdən birinin sözlərinə görə, iyulun 22-də parlamentdə 739 abituriyentlə bağlı məsələnin müzakirəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan və onun müavini iştirak etməyib.

Aksiya iştirakçıları vurğulayıblar ki, məsələ öz həllini tapmazsa, nazirin və müavininin istefasını tələb edəcəklər/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}