16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tramp Almaniyadakı ABŞ hərbçilərinin sayının azaldılma səbəbini açıqlayıb
Tarix: 29-07-2020 18:58 | Bölmə: Dünya
Tramp Almaniyadakı ABŞ hərbçilərinin sayının azaldılma səbəbini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Almaniyada olan hərbçilərinin sayının azaldılmasının səbəblərinə aydınlıq gətirib.

Məlumata görə, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Almaniya NATO-nun kollektiv müdafiəsinin dəstəklənməsi üçün lazımı miqdarda vəsait xərcləmir: “Biz qüvvələrimizi ona görə azaldırıq ki, onlar hesablarından lazım olan qədər xərcləmək istəmirlər, bu qədər sadə...”

Qeyd edək ki, ABŞ Müdafiə naziri Mark Esper Almaniyadan çıxarılacaq 11.9 min hərbi qulluqçudan 6.4 mininin ölkəyə qayıdacağını, 5,6 minə yaxın hərbçinin isə İtaliya və Belçikaya köçürüləcəyini bildirib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}