Yaponiyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Tarix: 31-07-2020 20:33 | Bölmə: Dünya
Yaponiyada koronavirusa rekord sayda  yoluxma qeydə alınıb

Yaponiyada artıq üçüncü gündür ki, son sutka ərzində koronavirusa rekord sayda - 1 579 yoluxma qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl, rekord yoluxma 1 301 nəfər olub.

Ölkədə koronavirusa yoluxanların sayının 37 100 nəfərə çatdığı bildirilir. Bu virus nəticəsində isə 1 024 nəfər həyatını itirib. Daha 87 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Eyni zamanda, qeyd edilir ki, üç prefekturada koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb.(Report)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}