16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Diplomatlar terror planlaşdırmaqda şübhəli bilinən şəxslərlə görüşüblər
Tarix: 01-08-2020 20:35 | Bölmə: Dünya
Diplomatlar terror planlaşdırmaqda şübhəli bilinən şəxslərlə görüşüblər

Rusiya səfirliyinin əməkdaşları Belarusda terror planlaşdırmaqda şübhəli bilinərək saxlanılan ruslarla görüşüblər. Bu barədə "Rossiya 24" telekanalına konsul Kirill Pletnev məlumat verib.

Reyting.az
-ın məlumatına görə, K. Pletnev 33 məhbusla görüşün bir gün əvvəl Belarus cəzaçəkmə müəssisələrindən birində baş tutduğunu bildirib. Görüşdə konsulluq şöbəsinin müdiri və konsul da iştirak edib.

Pletnevin sözlərinə görə, rusların hər birinə həbs şəklində profilaktik tədbir tətbiq etmək qərarı verilib.

K. Pletnev qeyd edib ki, bir qrup şəxsin Tixanovski və Statkeviç ilə birlikdə əvvəlcədən razılaşdırılmaqla qəsdən hərəkət etdikləri göstərilsə də, bu, etibarsız bir mövqedir.

Qeyd edək ki, Belarusun hüquq-mühafizə orqanı əməkdaşları "Vaqner"ın 32 döyüşçüsünü Minsk şəhəri yaxınlığında, bir nəfəri isə ölkənin cənubunda saxlayıb. Onların hamısı rus millətinin nümayəndələridir. Belarusda belə şübhələr var ki, onlar ölkəyə qarşıqlıq yaratmaq məqsədi ilə gəliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}