21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Serbiya prezidenti: "Ermənistana silah satışı yanlış qərar olub"
Tarix: 03-08-2020 13:42 | Bölmə: Dünya
Serbiya prezidenti: "Ermənistana silah satışı yanlış qərar olub"

Serbiya Prezidenti Aleksandar Vucic bildirib ki, ölkəsinin istehsal etdiyi silahlar həm Ermənistan, həm də Azərbaycana satılır, çünki bu, yerli silah sənayesinin uğurlu fəaliyyətini təmin etməyin yeganə yoludur.

"Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Son bir neçə ildə Azərbaycana 10 dəfə artıq silah satmışıq", - Vucic iyulun 31-də axşam özünün Serbiya Proqressiv Partiyasınln iclasında deyib.

Onun sözlərinə görə, Ermənistana bu ixrac qərarı yanlış qərar olub və gələcəkdə ona yenidən baxılmalıdır. Ancaq prezident onu da əlavə edib ki, Serbiya silah sənayesində 17 min nəfər çalışır və onlar işlərini itirməməlidir.

"Sizdən ümumiyyətlə soruşuram: gələcəkdə silahı kimə sataq? Kimə satsaq, bizi tənqid edən kimsə tapılacaq", -Vucic vurğulayıb. (azadliq.org)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər