21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Belarus da dəyişib, biz də..." - Lukaşenko konstitusiyanı dəyişmək istəyir
Tarix: 04-08-2020 15:04 | Bölmə: Dünya
“Belarus da dəyişib, biz də..." - Lukaşenko konstitusiyanı dəyişmək istəyir

Belarus prezidenti Aleksandr Lukaşenko referendum vasitəsi ilə ölkənin konstitusiyasını dəyişmək niyyətində olduğunu açıqlayıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə onun seçkiqabağı proqramında bildirilib.

“Belarus dəyişib, biz də dəyişmişik. Ölkənin taleyinə görə məsuliyyəti belarusların öz üzərilərinə götürməsi açıq-aydındır. Bu məsuliyyətin dərəcəsini xalq özü küçə və meydanlarda deyil, qanun əsasında müəyyənləşdirəcək. Gəlin konstitusiyadan başlayaq”, - o, proqramında yazıb. 

A.Lukaşenko hesab edir ki, belaruslar ümumxalq müzakirəsi zamanı öz hüquqlarını, azadlıq və vəzifələrini, eləcə də dövlət orqanlarının səlahiyyətlərini müəyyənləşdirəcək.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. A.Lukaşenko yenidən prezident olmaq üçün 6-cı dəfə namizədliyini irəli sürüb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər