Gürcüstan XİN: “Hərbi yüklərlə bağlı bütün beynəlxalq normalara ciddi riayət edirik”
Tarix: 05-08-2020 22:37 | Bölmə: Dünya
Gürcüstan XİN: “Hərbi yüklərlə bağlı bütün beynəlxalq normalara ciddi riayət edirik”

“Gürcüstan tranzit yüklərlə bağlı bütün beynəlxalq qaydalara riayət edir və silah-sursatın çatdırılması qarşılıqlı razılıq əsasında həyata keçirilir”.

Bu barədə Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia “İmedi” telekanalının “Xronika” verilişində bildirib.

Onun sözlərinə görə, Gürcüstanın tranzit imkanlarından bir çox ölkələr istifadə edir:

“Qonşularımız Azərbaycan və Ermənistan da bu imkanlardan yararlanır. Bununla bağlı biz beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edirik. Hərbi yüklərin də daşınması ilə bağlı xüsusi qaydalar mövcuddur”.

Nazir müavini Gürcüstanın Azərbaycan və Ermənistana münasibətdə mövqeyinin aydın olduğunu deyib:

“Biz bölgədə sülh və sabitliyin tərəfdarıyıq. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı, Ermənistanla mehriban qonşuluq münasibətləri var”.   

Report




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}