14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Beyrutdakı partlayışda ölənlərin sayı 113-ə çatıb
Tarix: 06-08-2020 09:19 | Bölmə: Dünya
Beyrutdakı partlayışda ölənlərin sayı 113-ə çatıb

Livanın paytaxtı Beyrut şəhərində limanda baş vermiş şiddətli partlayışda ölənlərin sayı 113-ə çatıb.

RİA Novosti-nin məlumatına görə, bu barədə Livanın Səhiyyə naziri Həməd Həsən bildirib.

Nazir “Əl-Cəzirə” televiziyasına açıqlamasında deyib ki, partlayış nəticəsində 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Partlayış nəticəsində onlarla ev, avtomobil dağılıb və ya zədələnib, bir çox yaşayış kvartalında binaların şüşəsi sınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2.7 min ton ammiak maddəsinin detonasiyası səbəb olub.

Ölkədə matəm, paytaxt Beyrut isə fəlakət zonası elan edilib. Beyrutda iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}