14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Tramp: “Üç ölkə prezident seçilməyimi istəmir”
Tarix: 08-08-2020 09:19 | Bölmə: Dünya
Tramp: “Üç ölkə prezident seçilməyimi istəmir”

Rusiya, Çin və İran noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın növbəti dəfə qalib gəlməsini istəmir. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, belə bir açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.

Tramp deyib ki, Rusiyanın onu ABŞ prezidenti görmək istəməməsinə səbəb bu ölkəyə qarşı daha sərt mövqedə olmasıdır. Onun sözlərinə görə, Çin və İran da eyni yanaşmanı dəstəkləyir və onu növbəti dəfə ABŞ prezidenti postunda görmək istəmirlər.

Seçkilərə mümkün xarici müdaxilə ilə bağlı kəşfiyyatın iddialarını şərh edən ABŞ prezidenti bildirib ki, bu məsələni çox yaxından izləyəcəklər.

ABŞ prezidenti diqqətə çatdırıb ki, bizim üçün ən böyük risk poçtla səs verməkdir. Yəni səsvermənin bu üsulu ilə "başqa bir dövlətin “bülletenləri” saxtalaşdırması" daha asandır. Tramp, bunun "düşünə bilməyəcəyiniz" ölkələr tərəfindən edilə biləcəyini qeyd edib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}