Fuad Oqtay: “Türkiyə Beyrut limanının yenidən tikilməsinə kömək etməyə hazırdır”
Tarix: 08-08-2020 16:56 | Bölmə: Dünya
Fuad Oqtay: “Türkiyə Beyrut limanının yenidən tikilməsinə kömək etməyə hazırdır”

“Türkiyə Beyrut limanının yenidən tikilməsinə kömək etməyə hazırdır”.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay Beyruta səfəri zamanı bildirib.

Türkiyənin vitse-prezidenti qeyd edib ki, Aralıq dənizindəki Mersin limanı Livanın xidmətinə verilə bilər.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs itkin düşüb. Ölkəyə idxal üçün əsas giriş limanı tamamilə dağılıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}