Livanda etirazlar böyüyür: daha bir nazirlik zəbt olundu, xeyli sayda yaralı var - Yenilənib
Tarix: 08-08-2020 23:37 | Bölmə: Dünya
Livanda etirazlar böyüyür: daha bir nazirlik zəbt olundu,  xeyli sayda yaralı var

Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.

Bu barədə “Al-Hadath” telekanalının “Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, daha bir neçə nəfər odlu silah yarası alıb.

Bildirilir ki, şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər.

“Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına daxil olublar/APA.

Məlumatda o da bildirilir ki, Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 230 nəfəri keçib.

***

Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 490 nəfərə çatıb.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}