21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Livan hökuməti tam tərkibdə istefa verib - Yenilənib
Tarix: 10-08-2020 21:23 | Bölmə: Dünya
Livan hökuməti tam tərkibdə istefa verib

Livanın Baş naziri Həsən Diyab hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.

Xaric KİV-lər xəbər verir ki, H. Diyab hökumətin istefasını ilə bağlı yaxın saatlarda Livan prezidenti Mişel Aunla görüşəcək.

***

Livan Prezidenti Mişel Aun Baş nazir Həsən Diyab və hökumətin istefasını qəbul edib.

Köhnə kabinetin yeni hökumət qurulana qədər işini davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, Beyrut limanında baş verən və azı 200 nəfərin ölümünə, 6 mindən artıq insanın yaralanmasına səbəb olan güclü partlayışdan sonra hökumət əleyhinə kütləvi etiraz başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər