12:39 / 27-11-2024
Sabah yağış yağacaq
İranda bir kəndin 200 sakini sudan zəhərlənib
Tarix: 09-09-2020 11:02 | Bölmə: Dünya
İranda bir kəndin 200 sakini sudan zəhərlənib

İranda bir kəndin 200 sakini sudan zəhərlənib.

Məlumata görə, Kirmanşah əyalətinin Salas Babacani kəndinin bir qrup sakini bazar ertəsi və çərşənbə axşamı zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Get-gedə müraciət edənlərin sayı artıb. Müraciət edən xəstələrdən bəziləri ambulator müalicə alıb, bəziləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Kirmanşah əyalətinin Böhranın İdarəetmə İdarəsinin rəhbəri Cəlil Balayi zəhərlənmənin sudan olduğunu təsdiqləyib: “Əyalət başçısının göstərişi ilə hazırda böhran qrupu yaradılıb və hadisənin baş vermə səbəbləri araşdırılır”/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər