13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Svetlana Tixanovskaya Polşanın Baş naziri ilə görüşüb
Tarix: 09-09-2020 14:00 | Bölmə: Dünya
Svetlana Tixanovskaya Polşanın Baş naziri ilə görüşüb

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Varşavada Polşanın Baş naziri Mateuş Moravetski ilə görüşüb.

Görüş Svetlana Tixanovskayanın Polşaya səfəri çərçivəsində baş tutub.

Görüşdə Belarusun Koordinasiya Şurasının idarə heyətinin üzvləri Olqa Kovalkova və Pavel Latuşko da iştirak edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçki nəticələri ilə bağlı etirazlar başlayıb.
Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya isə təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}