12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Üç casus əsir götürülüb - Video
Tarix: 10-09-2020 00:57 | Bölmə: Dünya
Üç casus əsir götürülüb

Özünü "Azadlıq Hərəkatı" adlandıran bir qrup “Mossad” zabitlərini qaçırdıqlarını açıqlayıb.

Reyting.az
“Unews”-a istinadla xəbər verir ki, "Azadlıq Hərəkatı" sosial şəbəkələrdə yayımlanan bir videoda İsrail kəşfiyyat zabitlərinin "sərhədlərarası vəzifələrini yerinə yetirərkən həbs edildiyini” bildirib.

Videoda David Ben Rossi adlı bir zabit əsir götürüldüyünü təsdiqləyib. “Mossad” zabiti videoda "Salam, mən David Ben-Rossiyəm. Biz israilliyik, buradayıq",- deyir.

Təşkilatın yayımladığı videonun sonunda İsrail rejiminin Baş nazirinə ünvanlanan "əvəzini ödəyəcəksiniz",- ifadəsi yer alıb. Sözügedən qrup ümumən “Mossad”ın üç zabitini əsir götürdüyünü bildirib.

“Azadlıq” özünü "irqçilik və ekstremizmə qarşı mübarizə aparan bir hərəkat" olaraq xarakterizə edib. Bununla birlikdə, hesabatda iddia edilən “Mossad” agentlərinin harada tutulduğuna dair hər hansı məlumat verilməyib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər