12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Rusiyada nazir müavini həbs edilib - Səbəb
Tarix: 10-09-2020 01:15 | Bölmə: Dünya
Rusiyada nazir müavini həbs edilib

Rusiya Energetika nazirinin müavini Anatoli Tixonov 600 milyon rubldan çox pulu mənimsəmə ittihamı ilə həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “RİA Novosti” Moskvanın Basman Məhkəməsinin zalından məlumat yayıb.

“Məhkəmə qərar verdi: müstəntiqin vəsatətini təmin edilsin, həbs qətimkan tədbiri seçilsin”, - deyə məhkəmənin hakimi Valentina Levaşova qərarı elan edib.

Qeyd edək ki, İstintaq Komitəsi A. Tixonovu, onun məsləhətçisi Roman Rıjkovu, “Lanit” şirkətinin vitse-prezidenti Vladimir Makarovu və Viktor Serebryakovu böyük məbləğdə dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi) ittiham edib və 8 noyabr tarixinə qədər həbs olunmasını istəyib.

İstintaqa görə, Tixonov vəzifə saxtakarlıqlarını “Rusiya Energetika Agentliyi” dövlət müəssisəsinin direktoru olduğu zamanlarda həyata keçirib. Onun Energetika Nazirliyi tərəfindən informasiya sisteminin yaradılması məqsədilə ayrılan azı 603 milyon rublu mənimsədiyi bildirilir.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər