12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Putin Navalnı ilə bağlı hadisənin araşdırılması üçün komissiya yaratmaq niyyətindədir
Tarix: 10-09-2020 13:20 | Bölmə: Dünya
Putin Navalnı ilə bağlı hadisənin araşdırılması üçün komissiya yaratmaq niyyətindədir

Rusiya Prezidenti Vladimir Putin Aleksey Navalnı ilə bağlı hadisənin araşdırılması üçün komissiya yaratmaq niyyətindədir.

Bu barədə İtaliyanın Baş naziri Cuzeppe Konte "Foglio" nəşrinə müsahibəsində deyib.

"Prezident Putin mənə istintaq komissiyasının qurulacağını və Almaniya hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Əməkdaşlıq belə dramatik hadisələrin Avropa İttifaqı ilə Rusiya arasındakı münasibətlərə mənfi təsir göstərməsinin qarşısını almaq üçün ən yaxşı yoldur", - deyə Cuzeppe Konte bildirib.

İtaliya hökumət başçısının sözlərinə görə, Almaniyanın Aleksey Navalnı ilə bağlı mövqeyi İtaliya və Aİ-nin mövqeləri ilə üst-üstə düşür.

"Baş verənlərə tam aydınlıq gətirmək, müxalifət nümayəndələrindən birinin bu cür ciddi hücuma məruz qalmasına görə məsuliyyət daşıyanları mühakimə etmək lazımdır", o bildirib.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, "Gələcəyin Rusiyası" partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.

Bir neçə gün əvvəl "Charite" klinikasının həkimləri Navalnı tədricən süni komadan çıxarıldığını və onun ətrafdakıların müraciətlərinə reaksiya göstərməyə başladığını bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər