12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Ukraynanın ərazi bütövlüyünü təhdid edənlərə qarşı sanksiyaların müddəti uzadılıb
Tarix: 10-09-2020 20:48 | Bölmə: Dünya
Ukraynanın ərazi bütövlüyünü təhdid  edənlərə qarşı sanksiyaların müddəti uzadılıb

Avropa İttifaqı (Aİ) Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa və ya təhdid etməyə davam edən şəxslərə və qurumlara qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.

Aİ Şurasının verdiyi xəbərə görə, sanksiyaların müddəti 2021-ci il martın 15-dək uzadılıb.

Mövcud sanksiyalar həm səyahət məhdudiyyətlərini, həm də mal varlıqlarının dondurulmasını özündə ehtiva edir. Bu sanksiyalar hazırda 175 şəxsə və 44 quruma tətbiq olunur.

Qeyd edək ki, Aİ bu sanksiyaları ilk dəfə 2014-cü ilin martın 17-dən tətbiq etməyə başlayıb.

Ukrayna münaqişəsi ilə əlaqədar Aİ-nin digər cavab tədbirləri arasında Rusiya iqtisadiyyatının spesifik sahələrini hədəf alan və 2021-ci il yanvarın 31-dək qüvvədə olan iqtisadi sanksiyalar, Krım və Sevastopolun qanunsuz ilhaqı ilə əlaqədar isə 2021-ci ilin iyunun 23-dək qüvvədən olan məhdudlaşdırıcı tədbirlər var.

Sanksiya tətbiq olunan şəxslərin və qurumların siyahısı daim nəzərdən keçirilir və Aİ Şurası tərəfindən vaxtaşırı yenilənir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər