12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Prezidentliyə keçmiş namizəd ölkəsinə sanksiya tətbiqini dəstəkləyir
Tarix: 11-09-2020 01:29 | Bölmə: Dünya
Prezidentliyə keçmiş namizəd ölkəsinə sanksiya tətbiqini dəstəkləyir

“Avropa Birliyinin Belarusa qarşı sanksiya tətbiq etmək planlarını alqışlayıram”.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Varşavada jurnalistlərə açıqlamasında deyib.

Ölkəsinə sanksiya tətbiqinin tərəfdarı olduğunu bildirən Tixonovskaya, belə bir qərarın ölkələrin daxili işi olduğunu da diqqətə çatdırıb.

Xatırladaq ki, prezident seçkilərindən dərhal sonra Tixanovskayanın Belarusu tərk edib getdiyi Litva seçkinin nəticələrini tanımaqdan imtina edib, prezident Lukaşenkonun ölkəyə girişini qadağan etməklə yanaşı, müxalifəti açıq şəkildə dəstəkləyib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə Vilnüsün Minsk ətrafındakı vəziyyətdə bütün sərhədləri keçdiyini söyləyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər