Ermənistanda daha 177 nəfərdə koronavirus aşkarlanıb
Tarix: 11-09-2020 12:00 | Bölmə: Dünya
Ermənistanda daha 177 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 177 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 503-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 909-a çatıb. İndiyədək 41 434 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 2 880 aktiv koronavirus xəstəsi var/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}