Birinci ledinin rəfiqəsi: Melaniya və Trampın nigahı hər ikisi üçün biznes layihəsidir
Tarix: 12-09-2020 17:18 | Bölmə: Dünya
Birinci ledinin rəfiqəsi: Melaniya və Trampın nigahı hər ikisi üçün biznes layihəsidir

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanın keçmiş dostu və köməkçisi Stefani Uinston-Volkoff deyib ki, birinci xanım sirr pərdəsi altında gizlənir.

Reyting.az
xəbər verir ki, Uinston-Volkoff bu haqda “BBC Newsnight”ə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ağ Ev rəhbərinin arvadı camaat üçün "sirr" kimi görünür, insanlar ölkənin 45-ci prezidenti ilə birlikdə həyatında hər şeyin düz olub-olmadığını düşünməyə başlayırlar.

“Ev dustaqlığında deyilmi, qurban olub-olmadığı, boşanma ərizəsi yazmaq istəməsi və bunların hamısı barədə müzakirələr aparılır”, - 2004-cü ildə nişanlandıqdan bəri Melaniya ilə dostluq edən qadın söyləyib.

Stefaninin sözlərinə görə, faktiki olaraq birinci ledi də Tramp kimi manipulyasiya edir.

Uinston-Volkoff müsahibə verdiyi jurnsalistlə sloveniyalının (Melanyanın qızlıq adı Knavsdır) özünün və ailəsinin iş və maddi maraqlarını rahatlıqla təmin etdiyi bir evlilik olduğu ilə razılaşıb.

“Melaniya son 20 ildə çox dinamik olub: gənc, bu günə qədər gözədəyməyən bir modeldən Donaldla görüşməyə, bir oğul dünyaya gətirməyə, Amerika Birləşmiş Ştatları vətəndaşlığı əldə etməyə qədər gəlib – 10 ildən sonra isə ölkənin birinci ledisidir”, - Uinston-Volkoff deyib.

Stefani birinci xanımın ögey qızı - atasının yanında ulduz olmaq istəyən Trampın iddialı qızı İvanka ilə gərgin, "zəhərli" əlaqəsi olduğunu da təsdiqləyib.

Trampla Uinston-Volkoffun dostluğu 2018-ci ildə, ikinciyə ərinin inauqurasiya mərasiminin təşkilinə görə etiraz bildiriləndən son qoyulub. Ayrılıqdan əvvəl Stefani Melaniya ilə danışıqlarını diktofona yazmağa başlayıb.

Bu söhbətlər və daha əvvəlki xatirələr, Uinston-Volkoffun sentyabrın 1-də çıxan “Melaniya və mən” kitabı üçün material rolunu oynayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}