13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Tixanovskaya: “Lukaşenkonun bu ölkənin lideri olaraq gələcəyi yoxdur”
Tarix: 15-09-2020 10:16 | Bölmə: Dünya
Tixanovskaya: “Lukaşenkonun bu ölkənin lideri olaraq gələcəyi yoxdur”

“Etməli olduğumuz birgə olmaqdır. Daha qarşımızda "Qalib gələ bilərikmi?" sualı durmur. Biz artıq qalib gəlmişik”.

Bu barədə Belarusda keçirilən prezident seçkilərində sabiq namizəd Svetlana Tixanovskayanın “Washington Post” üçün yazdığı məqaləsində qeyd olunub.

“Ölkə olaraq qırılma nöqtəsini keçmişik. Lukaşenkonun bu ölkənin lideri olaraq gələcəyi yoxdur, onun hakimiyyəti tərk etməsi vaxt məsələsidir”, - o qeyd edib.

Siyasətçi digər ölkələri Lukaşenko hakimiyyəti ilə əməkdaşlığa son qoymağa və sanksiyalar tətbiq etməyə çağırıb:

“Biz xəbərdarlıq edirik, digər ölkələr hazırkı qanunsuz hakimiyyətlə bağlanmış bütün sazişlərlə riskə girirlər və biz təminat vermirik ki, gələcək qanuni və azad seçilmiş hökumət bu razılaşmaları tanıyacaq”.

“Hazırda biz səylərimizə davam etməliyik. Təcrübədən nə etməli olduğumuzu bilirik”, - o əlavə edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər