13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
ÜST: "Vaksinlərin heç biri sınaqların üçüncü mərhələsini başa vurmayıb"
Tarix: 15-09-2020 18:19 | Bölmə: Dünya
ÜST: "Vaksinlərin heç biri sınaqların üçüncü mərhələsini başa vurmayıb"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tam təhlükəsiz və effektiv olmayan heç bir koronavirus peyvəndini təsdiq etməyəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə ÜST-ün rəsmisi Marqaret Harris brifinqdə bildirib.

“Hazırda istifadə olunan vaksinlərin heç biri sınaqların üçüncü mərhələsini başa vurmayıb. Bütün tərəfdaşlarımız fəaliyyətləri barədə bizə hesabat verirlər. ÜST peyvəndlər və nəticələr barədə dəqiq məlumatlar almaq istəyir. Təşkilatın baş direktorunun dediyi kimi, tamamilə təhlükəsiz olmayan və səmərəli olduğu sübuta yetirilməmiş heç bir vaksini təsdiqləməyəcəyik”, - o deyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər