17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Küveyt Trampı təkzib etdi: “Fələstin problemi müsəlman dünyasının gündəlik məsələsidir"
Tarix: 22-09-2020 11:59 | Bölmə: Dünya
Küveyt Trampı təkzib etdi: “Fələstin problemi müsəlman dünyasının gündəlik məsələsidir"

Küveyt hökuməti İsraillə münasibətlərin normallaşmasına dair ABŞ prezidenti Donald Trampın açıqlamasını təkzib edib.

Məlumatı İsrail KİV-i yayıb.

“Fələstin problemi ərəb və müsəlman dünyasının gündəlik məsələsidir. Problemin ədalətli və əhatəli həlli qərarı dedikdə müstəqil Fələstin dövlətinin yaradılması, işğalın dayandırılması və qaçqınların öz torpaqlarına qaytarılması nəzərdə tutulur”, - Küveyt hökumətindən bildirilib.

Açıqlamada həmçinin 1967-ci il iyunun 4-dəki sərhədlərə qayıtmadan, Şərqi Qüds paytaxt elan edilmədən, müstəqil Fələstin dövləti yaradılmadan ədalətli qərar qəbul edilə bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, sentyabrın 19-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən sonra Küveyt də İsraillə münasibətlərin normallaşmasına dair müqavilə imzalayacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}