13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Çin sədrini tənqid edən milyarder sahibkara 18 il həbs cəzası verilib
Tarix: 22-09-2020 16:37 | Bölmə: Dünya
Çin sədrini tənqid edən milyarder sahibkara 18 il həbs cəzası verilib

Çin Xalq Respublikasının sədri Si Cinpini tənqid edən milyarder sahibkar Jen Çjisyan korrupsiya və ictimai fondun vəsaitini mənimsəməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

İş adamı bu ilin əvvəlində S.Cinpini və hökuməti koronavirus epidemiyasının qarşısını ala bilməməkdə günahlandırıb.

Bildirilib ki, daşınmaz əmlak sahəsi ilə məşğul və hakim dairələrlə çox sıx əlaqəsi olan milyarder bu ilin martında “yoxa” çıxmışdı. Bir müddət sonra onun korrupsiyada ittiham edildiyi məlum olub.

Jen Çjisyan ictimai fonddan 16 mln ABŞ dolları mənimsəməkdə, cəmiyyətin etimadından sui-istifadə etməkdə təqsirli bilinib. Ona 620 000 ABŞ dolları məbləğində cərimə cəzası da kəsilib.

Mütəxəssislər bildirib ki, hökm rəmzi xarakter daşıyır. Onların fikrincə, bununla hakimiyyəti tənqid etməyin sahibkara baha başa gələ biləcəyi mesajı verilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər