Moskva meri: “Koronavirusla bağlı vəziyyət daha da mürəkkəbləşir”
Tarix: 25-09-2020 01:25 | Bölmə: Dünya
Moskva meri: “Koronavirusla bağlı vəziyyət daha da mürəkkəbləşir”

Moskva şəhərində koronavirus səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayında artım var. Reyting.az-ın xəbərinə görə, Moskva meri Sergey Sobyanin paytaxtda infeksiyanın yayılması ilə bağlı vəziyyətin daha da mürəkkəbləşdiyini qeyd edib.

Vəziyyətin ciddiliyinə diqqət çəkən Sobyanin “Bu artıq zarafat deyil, vəziyyət daha da mürəkkəbləşir. Diqqətli olmalı, həkimlərin tələblərinə əməl etməliyik”, - deyib.

Qeyd edək ki, 24 sentyabr tarixinə olan məlumata görə, koronavirus səbəbindən xəstəxanaya yerləşdirmə sayında yüzdə 30 nisbətində artım var.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}