Gürcüstanda daha 265 nəfər koronavirusa yoluxub
Tarix: 25-09-2020 11:35 | Bölmə: Dünya
Gürcüstanda daha 265 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 265 yoluxma halı qeydə alınıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 4 664 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 584 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 759 nəfərin sağaldığı, 26 nəfərin isə vəfat etdiyi bildirilir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}