13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Medvedev: "Dağlıq Qarabağ problemini silah yolu ilə həll etmək olmaz”
Tarix: 28-09-2020 14:29 | Bölmə: Dünya
Medvedev: "Dağlıq Qarabağ problemini silah yolu ilə həll etmək olmaz”

“Dağlıq Qarabağ münaqişəsi zonasında yeni bir gərginlik növbəti dəfə qan tökülməsinə və insan itkisinə səbəb olub. Dağlıq Qarabağ problemini silah yolu ilə həll etmək olmaz”.


Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, nizamlanma istisnasız olaraq siyasi-diplomatik yolla həyata keçirilməlidir: “Mən dəfələrlə buna şəxsən əmin olmuşam, xüsusilə iki ölkənin danışıqları zamanı Rusiya Federasiyasından vasitəçi kimi çıxış etdiyim zaman. İndi bütün tərəflərin sakitləşməsi lazımdır. Hər şeydən əvvəl ehtirasları gərginləşdirməyi dayandırın, davakar ritorikadan qurtulun və münaqişənin hərbi hissəsini birgə fəaliyyətlə dayandırın. Əks təqdirdə region üçün fəlakətli nəticələrin qarşısını almaq olmaz. Bu gün böhrandan çıxmaq üçün bütün imkanlardan, həm də ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik mexanizmlərindən, ikitərəfli formatdan istifadə edilməlidir. Ermənistan və Azərbaycan bizim qonşularımız və yaxın tərədaşlarımızdır”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər