Lukaşenko Daxili işlər naziri təyin edib
Tarix: 29-10-2020 14:22 | Bölmə: Dünya
Lukaşenko Daxili işlər naziri təyin edib

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk polisinin başçısı İvan Kubrakovu Daxili işlər naziri təyin edib. Reyting.az xəbər verir ki, bu barədə “Sputnik Belarus” məlumat yayıb.

Bildirilir ki, İvan Kubrakov nazir postunda indi Qrodno bölgəsində dövlət başçısının köməkçisi olacaq Yuri Karaevi əvəzləyib.

Qeyd edək ki, Lukaşenko özünə daha iki regional köməkçi təyin edib. Təhlükəsizlik Şurasının dövlət katibi Valeri Vakulçik Brest bölgəsi üzrə müfəttiş, Minski üzrə isə Daxili İşlər Nazirliyi rəhbərinin müavini və ictimai təhlükəsizlik polisinin başçısı Aleksandr Barsukovdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər