ÜST-ün baş direktoru özünü təcrid edib
Tarix: 02-11-2020 11:15 | Bölmə: Dünya
ÜST-ün baş direktoru özünü təcrid edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.

Bu barədə baş direktor "Twitter" hesabında məlumat verib.

O bildirib ki, infeksiyaya yoluxduğu təsdiqlənmiş şəxslə təmasda olduğu üçün ÜST-ün təlimatlarına uyğun olaraq qarşıdakı bir neçə gün ərzində özünü təcrid edəcək və evdən işləyəcək.

Baş direktor qeyd edib ki, vəziyyəti yaxşıdır və onda virusun simptomları yoxdur.

“Hamımızın səhiyyə qaydalarına riayət etməyimiz vacibdir. Bu şəkildə COVID-19-un yayılmasının qarşısını alacağıq, virusun öhdəsindən gələcəyik və səhiyyə sistemlərini qoruyacağıq”, - deyə o, vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər